İQTİSADİYYAT


Qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 13,4 faiz artıb

Qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 13,4 faiz artıb

Bakı, 8 dekabr, AZƏRTAC

Cari ilin dekabrın 1-i vəziyyətinə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artıb, xüsusi çəkisi isə 59,8 faiz yüksəlib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.

Ümumiyyətlə isə müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3 faiz artaraq 41 min 543 vahid təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.