CƏMİYYƏT


Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində uzaqgörənliklə əsasını qoyduğu dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr müavini vurğulayıb ki, dövlət siyasətinə çevrilmiş tolerantlıq və multikulturalizm ölkəmizi dünyaya müasir və mütərəqqi cəmiyyət modeli kimi təqdim edir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır. S.Heydərov dini icmalara fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayış və harmoniyaya öz töhfələrini verməyi tövsiyə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.