İQTİSADİYYAT


Qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı artıb

Bakı, 7 mart, AZƏRTAC

Yanvarda qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 9346 (1243 hüquqi şəxs, 8103 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 faiz çoxdur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş vergiödəyicilərinin 54,8 faizi regionların payına düşüb. Bununla da, cari il martın 1-nə vergi orqanlarında qeydiyyatda olan vergiödəyicilərinin ümumi sayı 988 min 158-ə çatıb.

Hesabat dövründə 1243 kommersiya hüquqi şəxsdən 69,1 faizi, 8103 fiziki şəxsdən 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.