Qeyri-formal məşğulluğun ölçülməsi təcrübələrinə dair təlim keçirilib
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada beynəlxalq ekspert Marek Radvanskinin iştirakı ilə təlim keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Nazirliyin və qurumlarının, habelə Dövlət Statistika Komitəsi əməkdaşlarının iştirak etdiyi təlim Avropa İttifaqı ilə birgə layihə üzrə Milli Observatoriyanın işçi və işəgötürənlər arasında “Bacarıqların proqnozlaşdırılması” mövzusunda keçirdiyi sorğunun nəticələrinə həsr olunub.
Qeyri-formal məşğulluğun ölçülməsi sahəsində metodlar, habelə Avropa ölkələrinin təcrübəsi təlim iştirakçılarının nəzərinə çatdırılıb. Qeyri-formal iş sahələrinin müəyyənləşməsi, məşğulluğun ölçülməsi üçün sorğu sisteminin vacibliyi vurğulanıb.
Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində potensialının gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.


Xəbərin mətnində orfoqrafik səhv var