ELM VƏ TƏHSİL


Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə ekspertlər üçün təlimlər təşkil olunub

Bakı, 30 aprel, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qənnadıçı-şirniyyatçı, ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar və mobil telefonların təmiri ustası peşə ixtisasları üzrə ekspertlər üçün “Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” mövzusunda təlimlər keçirilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, 3 gün davam edən təlimlərdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 18 saylı Bakı Peşə Liseyinin müvafiq sahə üzrə ixtisaslı müəllimləri iştirak edib.

Təlim iştirakçılarına peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması prosesi haqqında ümumi biliklərini dərinləşdirmək barədə ətraflı məlumat verilib. Eyni zamanda, testologiya elmi ilə tanış olmaq, bu elm əsasında test və praktiki tapşırıqların tərtib edilmə yollarını araşdırmaq və qiymətləndirmə bacarıqlarını təkmilləşdirməkdən bəhs olunub.

Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərmiş namizədlər vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin qiymətləndirilməsi prosesində iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.