ELM VƏ TƏHSİL


Qeyri-formal və informal təhsilin tanınması məsələsi müzakirə olunub

Bakı, 16 iyun, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “AZMADE Group” MMC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə əməkdaşlıq barədə onlayn görüş keçirilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd əmək bazarının, eləcə də paytaxt və regionlarda müxtəlif peşə ixtisasları üzrə kadrlara olan tələbatın təhlil edilməsi, qeyri-formal və informal təhsil əsasında vətəndaşların əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübənin tanınması üzrə sahibkarlarla əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.

Görüşdə qeyri-formal və informal təhsilin tanınması imkanlarının və vətəndaşlar üçün iş yerində təlimin və ömürboyu təhsil kontekstində peşəkar inkişafın əhəmiyyəti vurğulanıb.

Agentlik tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində görülən işlər, sahibkarlarla olan əməkdaşlıqlar və tanınması həyata keçirilən ixtisaslar barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.