İQTİSADİYYAT


Qeyri-həyat sığorta şirkətləri arasında sığorta haqqının ümumi bazardakı payına görə “Paşa Sığorta” ASC liderdir

 

Bakı, 23 aprel (AZƏRTAC). Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 25 qeyri-həyat sığorta şirkəti arasında sığorta haqqının ümumi bazardakı payına görə “Paşa Sığorta” ASC 31,41 faizlik (27 milyon 422 min 010,79 manat) göstərici ilə lider olmuşdur.

Sonrakı yerləri 10,2 faizlik payla (8 milyon 746 min 924,75 manat) “Azsığorta” ASC və 9,21 faizlik payla (8 milyon 037 min 075 manat) “Azərsığorta” Dövlət Sığorta Şirkəti tutmuşlar.

Qeyri-həyat sığortası şirkətləri arasında ən az pay göstəricisi “Royal Sığorta” ASC-də (0,01 faiz), “Çartis Azərbaycan” ASC-də (0,05 faiz) və “Günay Sığorta” ASC-də (0,11 faiz) qeydə alınmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.