İQTİSADİYYAT


Qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcmi artıb

Bakı, 26 noyabr, AZƏRTAC

Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 9 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadla xəbər verir ki, qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.7 milyard ABŞ dolları ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84 faizi ABŞ dollarında, 16 faizi digər valyutalarda aparılıb.

Qeyri-nağd valyuta əməliyyatlarının 66.9 faizi banklararası valyuta bazarında (BVB), 33.1 faizi isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.

Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.6 faizi bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən "Bloomberg" platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 11.8 milyard dollar ekvivalentində olub ki, bunun da 51.2 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92.6 faizini hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 5 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 3.9 milyard dollarını və ya 78 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 4289.4 milyon ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.