İQTİSADİYYAT


Qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 50 faizə yaxındır

Bakı, 7 iyul, AZƏRTAC

Hazırda qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 50 faizə yaxındır. Bu, qeyri-neft sektoru üzrə ixracda regionların və aqrar sahənin xüsusi paya malik olmasından xəbər verir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payından danışarkən deyib.

“Bu baxımdan, qeyri-neft ixracında artımlar həm də aqrar sektorun inkişafını göstərən faktorlardan biri kimi qiymətləndirilə bilər. İxrac üçün ölkəmizin potensialı böyükdür, daha böyük ixrac imkanları var. Növbəti mərhələdə hədəf aqrar və sənaye məhsullarının ixracının artırılmasına nail olmaqdır. Bu, qeyri-neft ixracının strukturunun diversifikasiyası baxımından da vacibdir”, - deyə V.Bayramov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.