İQTİSADİYYAT


Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə göndərilmiş malların payı üstünlük təşkil edib

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə
göndərilmiş malların payı üstünlük təşkil edib

Bakı, 20 may, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,3 faiz), Rusiyaya (22 faiz), Gürcüstana (12 faiz), İsveçrəyə (3,3 faiz), Qazaxıstana (3 faiz), Ukraynaya (2,6 faiz), Türkmənistana (2,4 faiz), İtaliyaya (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz), Belçikaya (1,2 faiz), Almaniyaya (1,2 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.