Qeyri-neft-qaz məhsullarının ixracı artıb
AzerTAg.az
Bakı, 29 iyul, AZƏRTAC
Cari ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 17,5 faiz artaraq 1188,1 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,8 faiz), Rusiyaya (22,2 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,6 faiz), ABŞ-a (3,7 faiz), İtaliyaya (2,9 faiz), Niderlanda (2,2 faiz), Hindistana (1,7 faiz), Braziliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Özbəkistana (1,5 faiz), Rumıniyaya (1,2 faiz), Belarusa (1,2 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Xəbərin mətnində orfoqrafik səhv var