İQTİSADİYYAT
Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 2,5 dəfə artıb
Bakı, 14 mart, AZƏRTAC
Cari ilin yanvar ayında əsas kapitala 1091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.