İQTİSADİYYAT


Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb

Bakı, 14 noyabr, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb. Sənaye məhsulunun 24,9 faizi emal sektorunda istehsal olunub.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 faiz, hazır metal məmulatlarının istehsalı 83,5 faiz, tütün məmulatlarının istehsalı 67,6 faiz, içkilərin istehsalı 39,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 37 faiz, mebel istehsalı 29,5 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 23,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,8 faiz, qida məhsullarının istehsalı 13,9 faiz, geyim istehsalı 12 faiz, elektrik avadanlıqlarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb.

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.