İQTİSADİYYAT


Qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 10 milyard dollardan çoxdur

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 2012-ci ildən 2021-ci ilədək 10 milyard ABŞ dollarından çox olub. 2022-ci ildə, eyni zamanda, növbəti illərdə də birbaşa xarici investisiyaların həcminin artacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.

“Bizim birbaşa xarici investisiyaların təşviqi strategiyasında müəyyən rəqəmlər nəzərdə tutulub ki, bu rəqəmlər illər üzrə bölünüb. Rəqəmlərdə müəyyən düzəlişlər ola bilər. Ortalama cəlb edilən birbaşa xarici investisiyalar illik 1 milyard dollar civarındadır”, - deyə AZPROMO rəhbəri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.