CƏMİYYƏT


Qeyri-qanuni dini fəaliyyətlə məşğul olan əcnəbi vətəndaşlar ölkəmizdən deportasiya ediliblər

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, həmin əcnəbi vətəndaşlar cərimə olunub və ölkəmizdən deportasiya ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.