Qeyri-rezident şəxslərə ödənilən məbləğdən ƏDV-ni əvəzləşdirmək mümkündürmü?
AzerTAg.az

Bakı, 1 dekabr, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergiödəyicisi sayılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ƏDV qeydiyyatında olan vergiödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.
Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatının aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin müvafiq müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən sənəd elektron qaimə-fakturadır.
Eyni zamanda, qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.
Xəbərin mətnində orfoqrafik səhv var