CƏMİYYƏT


Qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 30, Qubada 14, Qusarda 13, Astarada 12, Lerikdə 6, Balakən, Yardımlıda 3, Göytəpədə 2, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Biləsuvar, Neftçalada 20, Şirvan, Şabran, Xaçmazda 16, Maştağada 25, Pirallahı, Çilov adası, Neft Daşlarında 20, Sumqayıtda 18 metr/saniyəyədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı proqnozlaşdırılır. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi sentyabrın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.