İQTİSADİYYAT


Qəza nəticəsində sıradan çıxan fiber-beton üzlüklər yenisi ilə əvəzlənib

Bakı, 11 yanvar, AZƏRTAC

“Qələbə” meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, AAYDA-nın əməkdaşları tərəfindən qısa müddət ərzində fiber-beton üzlüklər yenisi ilə əvəzlənib.

Sürücülərdən diqqətli olmağı, hava şəraitinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etməyi, yollarda təyin olunmuş sürət həddini aşmamağı və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.