CƏMİYYƏT


Qəza zamanı xəsarət alan sərnişinlərin vəziyyəti stabildir

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 6-da səhər saatlarında Bakıda TIR-la 551 nömrəli marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan sərnişinlərin vəziyyəti stabildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəza zamanı xəsarət alan 10 sərnişindən dördü həmin gün Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, qalan 6 nəfərin müalicəsi isə davam etdirilir.

Sərnişinlərin vəziyyəti stabilləşməyə doğru gedir, narahatlıq doğuran heç bir hal müşahidə edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.