DÜNYA


Qəzaya uğrayan “Boeing 737” təyyarəsində  ölənlər arasında üç Avstriya vətəndaşı da var

Vyana, 10 mart, AZƏRTAC

Martın 10-da “Efiopiya hava yolları"na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlər arasında üç Avstriya vətəndaşı da var.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriya Mətbuat Agentliyi (APA) yayıb. Avstriya Xarici İşlər Nazirliyindən bildirilib ki, hər üçü həkim olan avstriyalılar peşə fəaliyyətləri ilə əlaqədar Afrikaya səfər ediblər. Nayrobidən sonra həkimlər Tanzaniyaya yola düşməli idilər.

Qeyd edək ki, “Efiopiya hava yolları” şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.