DÜNYA


Qəzaya uğrayan “Boeing 737” təyyarəsində ölənlərin 6-sı Misir vətəndaşıdır

Əddis-Əbəbə, 10 mart, AZƏRTAC

“Efiopiya hava yolları"na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin 6-sı Misir vətəndaşıdır.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, ümumilikdə 33 ölkənin vətəndaşı qəza nəticəsində həlak olub. Onlardan 9 nəfər Efiopiya vətəndaşıdır. Ən çox ölənlərin sayı Keniyadan (32 nəfər) və Kanadadan (18 nəfər) olub.

Qeyd edək ki, "Efiopiya hava yolları" şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.