DÜNYA


Qəzaya uğrayan “General Həzi Aslanov” tankerində itkin düşmüş dənizçilərin axtarışları davam edir

Moskva, 25 oktyabr, AZƏRTAC

Rusiyanın “General Həzi Aslanov” neft daşıyan tankerində partlayış zamanı itkin düşmüş 3 dənizçinin axtarışları davam etdirilir.

AZƏRTAC xəbər verir ki, axtarışlar suda və havada helikopterlər vasitəsilə aparılır. Partlayış nəticəsində dənizçilərin suya düşdüyü ehtimal olunur.

Xatırladaq ki, oktyabrın 24-də Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidəki 13 heyət üzvündən 10-u xilas edilib, 3-ü itkin düşüb.

Tanker “Qafqaz” limanından Rostov limanına doğru hərəkət edirdi. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda tanker Krasnodar diyarının İlyiç yaşayış məntəqəsi rayonuna gətirilib və sahibinə, Türkiyənin “Palmali Shipping Agency” şirkətinə qaytarılması məsələsi müzakirə olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.