CƏMİYYƏT


Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib

Bakı, 16 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 21-ci ili tamam olur. Bu illər ərzində agentlik tərəfindən 804 min kvadratmetr - yəni 54 min hektar ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ötən dövrdə 804 min partlamamış hərbi sursat, piyada və tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Bunu iyulun 16-da ANAMA-nın direktoru Qəzənfər Əhmədov AZƏRTAC-a müsahibəsində deyib.

Q.Əhmədov qeyd edib ki, təkcə bu il 122 təcili və təxirəsalınmaz əməliyyat çıxışı olub, 17 min ədəd müxtəlif çaplı patron aşkarlanıb, 1700 PHS zərərsizləşdirilib. Piyada əleyhinə 17, tank əleyhinə 20 mina və təlim məqsədli 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Əsas məqsədimiz odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad edilsin və orada təmizləmə işlərinə başlayaq.

Agentlik tərəfindən bir neçə böyük layihənin uğurla icra olunduğunu vurğulayan ANAMA-nın direktoru bildirib: “Biz Türkiyədə beş böyük layihəni icra etmişik. Gələn il Türkiyədə yeni layihə açılacaq və tender elan olunacaq. Biz orada da iştirak etməyi planlaşdırırıq. ANAMA NATO və BMT ilə də sıx əməkdaşlıq edir. NATO çərçivəsində biz iki böyük layihə - “Saloğlu” və “Ceyrançöl” layihələrini uğurla başa çatdırmışıq. Bundan başqa, agentlik Gürcüstandan və digər ölkələrdən olan mütəxəssislər üçün təlimlər keçib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.