İQTİSADİYYAT


Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək

Tehran, 19 fevral, AZƏRTAC

Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək və sərnişinlər bayram tətilində qatarla səyahət edə biləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Nəqliyyat İnfrastrukturu Tikintisi şirkətinin icraçı direktoru Xeyrullah Xadimi deyib. Onun rəhbərlik etdiyi şirkət Qəzvin-Rəşt dəmir yolunun inşasını həyata keçirir.

X.Xadiminin sözlərinə görə, 205 kilometrlik dəmin yolunda 5 stansiya tikilib. Stansiyaların ikisində işlər yekunlaşmaq üzrədir. Yolboyu 28 kilometrlik tunellər tam olaraq istifadəyə hazırdır. Bundan başqa, 9 körpüdə də qatarların sınaq keçidi aparılıb və heç bir problem müşahidə edilməyib.

İcraçı direktor bildirib ki, martın 21-də İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas seqmentidir. Bu yol Astara şəhərinə qədər uzanaraq İranın ilə Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Azərbaycan ərazisi ilə tranzit olaraq Rusiya və Avropa ölkələrinə daşınacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.