İQTİSADİYYAT


“Qida Biznes Klubu”nun təqdimatı keçirilib

Bakı, 16 noyabr, AZƏRTAC 

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Qida Biznes Klubu"nun təqdimatı keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü olan bu layihə haqqında sahibkarlara geniş məlumat verilib. AQTA-nın qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri Orxan Mikayıl bildirib ki, “Qida biznes klubu” könüllü əsasda yaradılıb, qida sahəsində ölkədə olan mövcud vəziyyəti və inkişaf perspektivlərini dəyərləndirərək bu sahədə qida təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunvericiliyi, təcrübəni və əlaqədar texniki dəstək xidmətlərini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əlaqədar xidmət sferalarını özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.