Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qida Təhlükəsizliyi Agentliyi: arxada qalan 5 il

Bakı, 7 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasının 5 illik yubileyi və İyunun 7-si - Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə tədbir təşkil edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiramlarını bildirib, abidəsi önünə gül dəstələri düzüblər.

Ziyarətdən sonra agentliyin inzibati binasında təşkil olunan tədbirdə əvvəlcə qurumun 5 illik fəaliyyətinə həsr edilən “5 dəqiqədə 5 il” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun ötən dövrdəki fəaliyyətinə nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırış və tələblərinə uyğun olaraq, son illər respublikamızda qida təhlükəsizliyi sahəsində aparılan islahatlar əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə, ixrac potensialının artırılmasına mühüm töhfələr verib. Ölkə Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda 7 il ərzində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində sistemin qurulması ilə bağlı 12 prioritet istiqamət üzrə 71 tədbir müəyyənləşdirilib. Həmin tədbirlərdən 42-si artıq icra olunub, 29 tədbirin icrası isə davam etdirilir. 2022-ci il iyunun 24-də Prezidentin imzaladığı “Qida təhlükəsizliyi haqqında” Qanun bu il yanvarın 1-dən qüvvəyə minib. Qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirib, vətəndaşlarımızın həyat və sağlamlığına təhlükə yarada biləcək halların qarşısının alınmasında mühüm rol oynayır. Eyni zamanda, bu qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi öz töhfəsini verir. Sədr çıxışında beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlar əldə edildiyini və sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirildiyini də vurğulayıb. Eyni zamanda, agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətinə toxunub. İnstitutda yüksək nəticələrin əldə olunduğunu vurğulayaraq laborator müayinələrin dəqiqlik əmsalının 95 faizə yüksəldiyini, uyğunsuz müayinələrin ümumi müayinələrdə payının isə 2,6 faizdən 0,31 faizə endiyini qeyd edib.

Tədbirdə daha sonra 5 il ərzində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində görülən işlərlə bağlı məlumat verilib, nailiyyətlər nəzərə çatdırılıb. Bildirilib ki, agentlik fəaliyyətə başladığı dövrdən indiyədək 9027 yoxlama həyata keçirilib. Nəzarət tədbirləri nəticəsində təkrar yoxlama aparılan 600-dən çox müəssisə sağlamlaşdırılıb. Uyğunsuz nəticələr aşkarlanan yoxlamaların payı 89 faizdən 69 faizə qədər azalıb. Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə ixrac edilən fındıq məhsullarında aflatoksin aşkarlanması ilə bağlı daxil olan bildirişlərin illik sayı 2 dəfədən çox azalıb. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən Azərbaycandan pomidor və alma məhsulunun ixracı ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər tamamilə aradan qaldırılıb. Ölkəmizdən Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət və atların manqo xəstəliyi ilə əlaqədar respublikamızdan Qazaxıstana at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sistemi formalaşdırılıb və ölkə ərazisində mərhələli şəkildə həyata keçirilir. Respublikamızda minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dan 106-ya çatdırılıb. 2018-2023-cü illər ərzində 3 240 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınaraq baytarlıq preparatlarının Dövlət Reyestrinə daxil edilib. Agentlik fəaliyyətə başladığı dövrdən idxal və ixrac sahəsində 33 ölkə ilə 88 baytarlıq sertifikatı forması qarşılıqlı razılaşdırılıb. İnsanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı 2.5 dəfə azalıb. Zoonoz xəstəliklərə yoluxan heyvanların ümumi heyvan sayında payı 5 faizdən 2,3 faizə qədər azalıb. Ölkəmizdə ilk dəfə olaraq cari il yanvarın 19-da helikopterlə aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə ətyeyən vəhşi heyvanların məskunlaşdığı Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının 48 kəndətrafı və meşəlik sahəsinə aldadıcı yem vasitəsini səpələməklə peyvəndləmə tədbirləri həyata keçirilib.

Eyni zamanda, respublikamıza virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib. Həmçinin bu məqsədlə təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər keçirilir, idxal və ixrac edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq olunan zərərli orqanizmlərin ölkə üzrə yayılma arealı müəyyənləşdirilərək xəritələşdirilməsi həyata keçirilir. Bitki sağlamlığının izlənilməsi istiqamətində Milli Monitorinq Planı hazırlanıb və icrası təmin olunur. Təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Fitosanitar nəzarət çərçivəsində 180 pomidor istehsalı təsərrüfatında sağlamlaşdırma tədbirləri aparılıb. Ölkədə bitki sağlamlığının izlənilməsi məqsədilə 2 500 pomidor, 326 alma, 1 062 kartof, 68 soğan təsərrüfatında və 64 meyvə bağında monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi ilə əlaqədar olaraq preparatın ilkin və təkrar dövlət qeydiyyatına alınması zamanı təqdim edilən sənədlərlə bağlı tələblər sadələşdirilir. Bundan əlavə, preparatın təkrar dövlət qeydiyyatına alınması üçün sahibkar tərəfindən bir ay əvvəlcədən ediləcək müraciətin vaxtı üç ay əvvələ qədər uzadılıb. Müxtəlif dövlətlərdən idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar həmin ölkələrə 917 bildiriş göndərilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Konvensiyaların, Avropa İttifaqının və Türkiyənin təcrübələri nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiq edilib.

Tədbirdə daha sonra Qida Təhlükəsizliyi Agentliyinin yeni veb-saytının və mobil tətbiqinin təqdimatı olub.

Tədbirin sonunda agentliyin fəaliyyətində fərqlənən əməkdaşlar təltif edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib