İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyi baytarlıq və fitosanitar sahələrinə dövlət nəzarətini icra edəcək

Bakı, 29 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi baytarlıq və fitosanitar sahələrinə dövlət nəzarətini icra edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, gələn aydan Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində baytarlıq və fitosanitar sahələrində xidmətləri həyata keçirəcək. İyulun 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi bu prosesə dövlət nəzarətini icra edəcək. Agentlik fitosanitar və baytarlıq sertifikatlarını da verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.