İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyeklərində monitorinqlər keçirib

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 24-25-də bir sıra ictimai iaşə obyektlərində monitorinqlər keçirib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər zamanı qurumun əməkdaşları “Azərbaycan Supermarket”, “Azərbaycan Restaurants” və "Mari Vanna Operating Company" MMC-lərin fəaliyyəti ilə yaxından tanış olublar. Qida təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyan ictimai iaşə obyektlərinin qarşısında qoyulan tələblər haqqında sahibkarlıq subyektlərinə geniş məlumatlar verilib. Qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının əsas vəzifələrdən biri olduğu vurğulanıb.

Monitorinq zamanı ictimai iaşə müəssisələrinin əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.