CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Bakı, 5 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatları arasında videokonfrans formatında Donor Əlaqələndirmə görüşü keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iştirak edən agentliyin sədr müavini Zəkiyyə Mustafayeva donor təşkilatları tərəfindən göstərilən dəstək və donor təşkilatları arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əməkdaşlığın bundan sonra da birgə işlərə müsbət təsir göstərəcəyini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda agentliyin donor təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı (WB), Avropa İttifaqı (EU), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Asiya İnkişaf Bankı (ADB), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA), eləcə də Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə hazırda həyata keçirilən layihələr üzrə hazırlanmış strategiya və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilmiş texniki dəstəyə ehtiyac duyulan sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.