CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilərək qiymətləndirilməsi məqsədilə müşahidələri davam etdirir.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, agentliyin əməkdaşları tərəfindən növbəti monitorinqlər Ağcabədi rayonunun Minəxorlu, Kəhrizli, Muğanlı kəndlərində və rayon mərkəzindəki yaşıllıqlarda, bağlarda, əkin və həyətyanı sahələrdə, parklarda, yol kənarlarında aparılıb.

Monitorinqlər zamanı həmin ərazilərdə təhlükəli alaq otu olan tikanlı quşüzümü aşkar edilib. Belə ki, tikanlı quşüzümü kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını kəskin azaldır, məhsulun keyfiyyətini pisləşdirir. Bunu nəzərə alaraq, AQTA əməkdaşları tərəfindən mexaniki və aqrotexniki mübarizə tədbirlərinə başlanılıb, kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.