İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində yoxlamalar aparacaq VİDEO

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda qida zəncirinin bütün proseslərində iştirak edən sahibkarlıq subyektlərində müvafiq monitorinq və audit işləri həyata keçiriləcək, yoxlamalar aparılacaq. Agentliyin bu sahədə təftiş və dövlət nəzarəti şöbəsi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli KİV nümayəndələrinə müsahibəsində deyib.

"Bu yoxlamalar heç də sahibkarların fəaliyyətinə maneçilik törətmək məqsədinə xidmət etmir. Agentliyin məqsədi Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə lazımi yardım və dəstək göstərməkdir. Onlar beynəlxalq standartlara uyğun məhsullar istehsal etməlidirlər", - deyə Q.Təhməzli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.