CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyi yanında yaradılacaq İctimai Şuranın seçki komissiyasının ilk iclası keçirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Ölkəmizdə qida təhlükəsizliyi sahəsində birgə səmərəli fəaliyyətin inkişaf etdirilməsi və yeni təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yanında İctimai Şuranın yaradılması üzrə müvafiq işlər görülür.

Agentliyin İctimaiyyətlə əlaqə və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şuranın tərkibinin formalaşdırılması məqsədilə ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, agentliyin 4, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla seçki komissiyasının videobağlantı formatında ilk iclası keçirilib.

İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtının elan edilməsi, habelə bir sıra texniki məsələlərlə əlaqədar müzakirələr aparıb və müvafiq qərarlar qəbul ediblər.

Bundan başqa komissiya üzvləri yaradılan yeni Şuranın agentliyin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, bu sahədə dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına yardım göstərəcəyini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.