Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sloveniyada keçirilən təlimlərdən qayıdıblar
AzerTAg.az
Bakı, 14 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sloveniyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xətti ilə fitosanitar nəzarətinin təkmilləşdirilməsi mövzusunda keçirilən təlimlərdə iştirak ediblər.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Sloveniyanın Qida Təhlükəsizliyi, Baytarlıq və Bitki Mühafizəsi Administratorluğunda qurumun rəhbər şəxsləri ilə görüşlər keçirib və təcrübə mübadiləsi aparılıb.
Ölkəmizin mütəxəssisləri Administratorluğun regional idarələrini, Kənd Təsərrüfatı və Meşə İnstitutunu, İnstitutun nəzdində araşdırma mərkəzlərini və Sloveniyada qida, bitki və meşə sənayesində fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərini ziyarət edərək onların fəaliyyəti ilə yaxından tanış olublar.

Xəbərin mətnində orfoqrafik səhv var