İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları beynəlxalq təlimdə iştirak edib

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Heyvandarlığın inkişaf etdirilməsi və qida təhlükəsizliyi" təlimi çərçivəsində Tayland Krallığında səfərdə olub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər müddətində nümayəndə heyəti Taylandın Xon Kaen Universitetinin kənd təsərrüfatı fakültəsinin professor heyəti və yerli fermerlərlə görüşlər keçirib, Tayland Krallığının qida təhlükəsizliyi və heyvandarlıq sahəsindəki təcrübəsi ilə tanış olub.

Təlim çərçivəsində AQTA-nın əməkdaşları heyvandarlığın inkişaf etdirilmə yolları, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılma üsulları, biotexnologiyanın heyvandarlıqda rolu (embrion köçürməsi metodundan istifadə olunması), heyvanların identifikasiya metodları, heyvandarlığın yem təminatı və qida təhlükəsizliyində heyvan yemlərinin rolu mövzularını müzakirə edib.

Taylandda yerləşən istehsalat müəssisələri, müasir heyvandarlıq fermaları, balıqçılıq təsərrüfatlarına baxış keçirən AQTA-nın nümayəndələri, eyni zamanda, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində Yaxşı İdarəetmə Praktikası (GMP), Yaxşı Gigiyena Praktikası (GHP), Beynəlxalq Qida Təhlükəsizliyi Standartları və bu kimi bir sıra beynəlxalq təlimlərə qatılıb.

Təlimdə 18 ölkədən 20 nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.