CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daha 228 iaşə və ərzaq satışı müəssisəsində reyd keçiriblər

Bakı, 28 iyul, AZƏRTAC

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 55 ictimai iaşə obyekti, 173 ərzaq satışı mağazası olmaqla ümumilikdə 228 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 75-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhərində “Grandmart”, “Ruzi”, “EF”, “Aqil”, “Maşallah”, “Nar” marketlər, Qədirov Qədir Möhlət oğluna, Sadıqov Sənan Rafiq oğluna, Əsədov Şahlar Məstan oğluna, Səfiyev Babək Əli oğluna məxsus ərzaq mağazaları, Sumqayıt şəhərində “Okean”, “Bərzan”, “Həyat” marketlər, “Ucar təndir evi”, Qusar rayonunda “Sevimli”, “Star” marketlər, “Edelveys”, “Xıdır”, “Diamond”, “İmperial” restoranları, İsmayıllı rayonunda “Xəzri istirahət mərkəzi”, “Lahıc Forest”, “Palıdlı”, “Qızıldərə”, “Dağ şəlaləsi”, “Sərin” restoranları, Məhərrəmov Mehman Ramiz oğluna, Fətəliyev Əkbər Variz oğluna məxsus kafelər, “Bizim” market, Göyçay rayonunda “Palma”, “Sərin məkan”, “Qoşa Qovaq”, “Yaşıl bağ” kafeləri, Kürdəmir rayonunda “Aqil”, “Murad” və “Yeni” marketlər, Neftçala rayonunda Abdullayev Səbuhi İslam oğluna məxsus ərzaq mağazası, Şirvan şəhərində Məlikov Mehman Ruslan oğluna məxsus ərzaq mağazası, Salyan rayonunda Məmmədov Şahin Əmənqulu oğluna məxsus ərzaq mağazası, Sabirabad rayonunda Əliyev Asəf Şamil oğluna və Muxtarov Rəfail Haman oğluna məxsus ərzaq mağazaları, Mingəçevir şəhərində “Nicat”, “Xaldan”, “Hüseyn Arazlı”, “Bizim”, “Qarabağ”, “Fuad” marketlər və Fərzəliyev Yunis Usub oğluna məxsus ərzaq mağazaları, Şəki rayonunda Əliyev Vahid Xaləddin oğluna məxsus ərzaq mağazası, Zaqatala rayonunda Mahmudov Ramiz Məcid oğluna, Ramazanov Telman Məhəmməd oğluna məxsus ərzaq mağazaları, Qəbələ rayonunda “Maral bulaq”, “Şəlaləaltı” kafeləri, “Şamo” market, Qax rayonunda Xəlilov Araz Xəlil oğluna, Teymurov Məmməd İdris oğluna məxsus kafelər, Cəlilabad rayonunda Cavadov Ramin Ağadadaş oğluna, Qasımov Zülfüqar Allahverdi oğluna, Babayev İlqar Zənulla oğluna, Əliyev Mirməhəmməd Mirəyyub oğluna məxsus ət satışı mağazaları, Samux rayonunda Sadıqov Mehman Məhərrəm oğluna, İmanov Rusif Yusif oğluna, Musayeva Afət Musa qızına, Axundov Elnur Eldəniz oğluna, Məhərrəmov Etibar İsa oğluna məxsus ərzaq mağazaları, Tovuz rayonunda Mehdiyev Coşqun Fərhad oğluna, Bağırov Arzu Nazim oğluna, Tağıyev Salman Vilayət oğluna, Hüseynov Sahib Əmir oğluna məxsus ət satışı mağazaları, Şəmkir rayonunda “Fayton”, “Görüş”, “Çinar” kafeləri, Sadıqov Xıdır Əlaslan oğluna, Hacıyev Aqil Yasin oğluna məxsus ərzaq mağazaları və “Muxtar” marketində daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.