CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daha 430 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçiriblər
Bakı, 20 iyun, AZƏRTAC
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 211 ictimai iaşə obyekti, 219 ərzaq satışı mağazası olmaqla ümumilikdə 430 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 148-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Həmin müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları Bakının Xətai rayonunda “VİP” market, Yasamal rayonunda “Nizami Mall” ticarət mərkəzində Axundova Ayşən Musa qızına məxsus “Mix Food” və Məmmədov Faiq İslam oğluna məxsus “Saffron” restoranlarıdır.
Rayon və şəhərlər üzrə Samux rayonunda Atayev Əli Hümbət oğluna məxsus kafe, Məmmədov Fərid Rövşən oğluna məxsus ərzaq mağazası, Gəncə şəhərində Sadıqov Kamil Eldar oğluna məxsus “Maral-Göl” restoranı, Xaçmaz rayonunda Abdullayev Əmir Yusif oğluna məxsus “Bulaq” kafe, Neftçala rayonunda Zülfüqarov Vüqar Davud oğluna, Cəfərov Kamil Abasağa oğluna, Tarverdiyev Bəxtiyar Ağali oğluna və Həsənov Babək Nuxbala oğluna məxsus ərzaq mağazaları, Zülfüqarova Sevinc Əliyusif qızına məxsus kafe, Ağsu rayonunda Gülməmmədov Novruz Şöhlət oğluna məxsus “Şöhlətoğlu” restoranı, İsmayıllı rayonunda Nağıyev Əvəz Qadir oğluna məxsus “Basqal” restoranı, Ömərov Mehdi Valodya oğluna məxsus “Mican” kafe, Cavadova Sahibə Bayram qızına məxsus “Xan” market, Hümbətov Cavid Şərafət oğluna məxsus ət satışı mağazası, Məmmədova Humay Ramiz qızına məxsus “Qala” market, Göyçay rayonunda Nəzərəlizadə Tehranə Yusif qızına məxsus ərzaq mağazası, Şəki şəhərində Əzizov Məmməd Həsən oğluna məxsus “M-Market”, Qəbələ rayonunda Əhmədli Şükran Səlim oğluna məxsus dönərxana, Zaqatala rayonu, Maqov kəndində, Corov Həbib Şabanoviçə məxsus market, Şəmkir rayonunda “Uğur” restoranı və “Muxtar”ərzaq mağazası, Ucar rayonunda “City Klub” restoranı və “Dostlar” kafesi, Bərdə rayonunda Əliyev Nizaməddin Nizami oğluna məxsus “Söyüdlü” kafe, Lənkəran rayonunun Qəriblər kəndində Ağayev Vüsal Vasif oğluna, Mehdizadə Fariz Telman oğluna, İmamyarov Murad İlqar oğluna və Məmmədov Şamil Kamil oğluna məxsus ərzaq mağazalarında daha çox uyğunsuzluq aşkar edilib.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.