CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Astanada qida təhlükəsizliyi standartları üzrə tədbirdə iştirak ediblər

Bakı, 25 dekabr, AZƏRTAC

Qazaxıstanın Astana şəhərində Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatına (CAREC) üzv dövlətlərdə beynəlxalq qida təhlükəsizliyi standartları üzrə keçirilən regional işgüzar görüşdə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti də iştirak edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, üç gün davam edən tədbirin ilk günündə ictimai sağlamlıq üçün qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarında ticarətin asanlaşdırılmasına dair CAREC-ə üzv dövlətlərə dəstək göstərilməsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) birgə təşəbbüslərində nüvə və izotop texnikası haqqında ümumi məlumat, CAREC-in üzv dövlətlərində qida təhlükəsizliyinə nəzarət tədbirlərinin gücləndirilməsi, eləcə də sanitar-fitosanitar tədbirlərə, standartlara və ticarətin inkişafına dair məlumatlar görüş iştirakçılarına təqdim olunub.

Görüşün ikinci günü laboratoriyaların inkişafı və Kodeks Alimentarius Komissiyasının Ölkələr üzrə Milli Əlaqələndiricilərinin iştirakı ilə “Qida təhlükəsizliyi tənzimləmələri” mövzusunda “dəyirmi masa” təşkil olunub, həmçinin “Mərkəzi Asiya regionu üzrə ticarət və iş fəaliyyəti” mövzusunda çıxışlar dinlənilib.

Tədbirin son günü “Qiymət zəncirində maraqlı tərəflərin təlimlərinin prioritetləşdirilməsi, ictimai təhlükəsizlik üçün regional qida təhlükəsizliyi standartlarını gücləndirmək və beynəlxalq ticarətin asanlaşdırılması” mövzusunda təqdimatlar keçirilib. Həmçinin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə üzv dövlətlərin qida təhlükəsizliyi şəbəkəsinin, eləcə də “11 ölkə üzrə texniki komitələrin yaradılması”, “Regional ekspert qrupları və risk analizi qruplarının rolları” mövzularında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.