İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Çində keçirilən təlimdə iştirak edib

Bakı, 8 avqust, AZƏRTAC 

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Çin Xalq Respublikasında “2018-ci il Avrasiya Ölkələri üçün Qida İdxalı-İxracı Zamanı İnspeksiya və Qida Təhlükəsizliyi” mövzusunda keçirilən təlimdə iştirak edib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlim mühazirələr və qida sektorunu təmsil edən müxtəlif istehsal və əkin sahələrinə baxış keçirilməklə iki hissədən ibarət olub.

Birinci hissədə istehsal və emal zamanı qida təhlükəsizliyinə nəzarət, aflatoksin: sağlamlıq riskləri və təhlili, eyni zamanda, yerli təcrübədə qida təhlükəsizliyi standart sistemi, qida istehsalı və ticarəti, qida təhlükəsizliyi və keyfiyyəti, qida təhlükəsizliyi üçün risk monitorinq sistemi mövzuları müzakirə olunub.

Təlim çərçivəsində AQTA-nın əməkdaşları Quançjou və Nanninq şəhərlərində ədviyyat, bitki yağı, süd məhsulları, spirtli içkilər, dondurma istehsalı, meyvə yetişdirilməsi və sair ilə məşğul olan böyük şirkətlərdə olublar.

13 ölkədən 68 nümayəndənin iştirak etdiyi təlim Çinin Ticarət Nazirliyinin maliyyə dəstəyi, həmçinin Çin Qida və Fermentasiya Sənayesi Məhdud Korporasiya Milli Araşdırma İnstitutunun təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.