İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir

Bakı, 18 may, AZƏRTAC 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 16–da Bakıda açılmış XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin üçüncü günündə də sahibkarlarla görüşlərini davam etdirib.

Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən açıqlama verilib.

Agentliyin sədri "Azmeat Production" MMC, “Araz Aqro Qrup MMC”, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər şirkətlərin nümayəndələrinə qida təhlükəsizliyi sahəsinin dövlət siyasəti, qarşıya qoyulan tələblər, habelə bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları barədə məlumat verib.

Q.Təhməzli qarşıda duran əsas vəzifələrdən birinin müasir standartlara uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalının olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.