CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunda Sanitar və Fitosanitar Sorğu və Bildiriş Mərkəzi yaradılır

Bakı, 12 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində Sanitar və Fitosanitar Sorğu Mərkəzi üzrə beynəlxalq ekspert Colm Halloran ilə görüş keçirilib. Görüş Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas müzakirə mövzusu Qida Təhlükəsizliyi İnstitutunda Sanitar və Fitosanitar Sorğu və Bildiriş Mərkəzinin təsis edilməsi ilə əlaqədar olub.

Agentliyin sədrinin müşaviri Elxan Mikayılov sorğu və bildiriş mərkəzinin qida təhlükəsizliyi üzrə hazırlanan yeni qanun layihəsində nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, həmin sorğu və bildiriş mərkəzi vasitəsilə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar normaları Azərbaycanın ticarət tərəfdaşlarına göndəriləcək, eyni zamanda, ölkəmizin ticarətində mühüm rol oynayan məlumatlar tərəfdaş ölkələrdən asanlıqla əldə olunacaq.

Sanitar və Fitosanitar Sorğu Mərkəzi üzrə beynəlxalq ekspert Colm Halloran vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “SFS Sorğu Mərkəzinin” təsis edilməsi ölkəmizin beynəlxalq səviyyədə Dünya Ticarət Təşkilatına üzv ölkələrlə sıx əlaqə yaratması və beynəlxalq ticarətdə bir çox maneələrin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Görüşdə ekspert “SFS Sorğu Mərkəzi”nin iş prinsipi ilə bağlı agentliyin əməkdaşlarının suallarına cavablar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.