CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunda Tibb Universitetinin tələbələri ilə görüş olub

Bakı, 19 may, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət istiqamətləri üzrə, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması sahəsində maarifləndirici tədbirləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir Azərbaycan Tibb Universitetinin V və VI kurs tələbələri üçün təşkil olunub.

İnstitutun fəaliyyəti barədə tələbələrə məlumat verilərək qeyd edilib ki, qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin olunmasıdır. Bu məqsədlə müasir infrastruktura malik laboratoriyalarda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.

Həmçinin aparılan elmi fəaliyyətdə ixtisaslı mütəxəssislərin formalaşadırılması, kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi də diqqətə çatdırılıb. Bildirilib ki, bu sahədə təcrübə mübadilələrinə xüsusi əhəmiyyət Qida Təhlükəsizliyi İnstitutu yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına da kömək göstərir.

Tədbir tələbələrin müvafiq sahə üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.