İQTİSADİYYAT


Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim təşkil olunub

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb. Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlim bitdikdən sonra qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.