CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün hər ay “Açıq qapı” günləri keçiriləcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi yeni layihəyə start verib. Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda bundan sonra vətəndaşlar üçün hər ay “Açıq qapı” günləri keçiriləcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı” gününün məqsədi vətəndaşların istehlak etdiyi qida məhsullarının institutun laboratoriyalarına nümunə qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda, laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdir.

Bununla əlaqədar agentliyin rəsmi sosial şəbəkə səhifələrindən vətəndaşlara müraciət olunub. Müraciətdə istehlak etdikləri qida məhsullarının necə yoxlanıldığını bilmək istəyən istehlakçılar “Açıq qapı” günündə iştiraka dəvət edilirlər.

İlk “Açıq qapı” günü noyabrın 20-də saat 11-dən 13-dək keçiriləcək. Vətəndaşlar (012) 565 12 72 (daxili nömrə 756), (070) 960 10 03 telefon nömrələrinə zəng edərək qeydiyyatdan keçməklə institutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesinin iştirakçısı ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.