CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları HİQS proqram təminatı ilə əlaqədar Çex Respublikasında təcrübə mübadiləsində iştirak ediblər

Bakı, 19 may, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) proqram təminatı ilə əlaqədar Çex Respublikasında təcrübə mübadiləsində iştirak ediblər.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, təcrübə mübadiləsi Dünya Bankı tərəfindən maliyyələşdirilən, Çexiyanın “Solitea” şirkətinin “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin Layihələndirilməsi və İnkişafı” layihəsi çərçivəsində reallaşdırılıb.

Çexiya Dövlət Baytarlıq Administrasiyasında həyata keçirilən təcrübə zamanı heyvanların identifikasiya və qeydiyyatı ilə bağlı geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin Çex Respublikasında heyvan sağlamlığı sahəsində tətbiq olunan elektron informasiya resursları, eləcə də identifikasiyadan sonrakı izlənmə və aktual məlumatların daxil edilməsi təcrübəsi öyrənilib.

Səfər zamanı ölkəmizdə tətbiq olunan HİQS proqram təminatında istifadə olunan alqoritmlər, kodlar, sistem arxitekturası və funksionallıqları, rolların yaradılması, səlahiyyətlərin kod səviyyəsində idarəçiliyi, sistemdə məhdudiyyətlərin tətbiqi və aradan qaldırılması, lazımi düzəliş, texniki dəstək halları ilə tanışlıq və təlimatlandırma məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.