CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları İtaliyada təcrübə keçiblər

Bakı, 5 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əməkdaşların peşəkarlığının yüksəldilməsi və səriştəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini inkişaf etdirir. İnstitut mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlər zamanı təcrübə mübadiləsi aparırlar.

AQTİ-nin İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Laboratoriya Tvinninq Layihəsinin heyvanlarda zəhərlənmə müayinələrinin aparılmasına dəstək fəaliyyəti çərçivəsində institutun əməkdaşları İtaliya Respublikasının Teramo şəhərində yerləşən Abruzzo e del Molise Giuseppe Caporale Eksperimental Zooprofilaktika İnstitutunda olublar.

Səfər çərçivəsində institut mütəxəssisləri heyvan zəhərlənməsi hallarının baytar həkimləri tərəfindən müayinəsinin nümayişi və ən çox rast gəlinən zəhərli maddələrin asan identifikasiyası haqqında məlumat verilməsi, nümunə qəbulundan sonrakı 48 saat ərzində müvafiq qurumlara verilən hesabatın ətraflı izahı, eləcə də 3 fərqli metoddan yararlanmaqla 45 zəhərli kimyəvi tərkibli maddənin müayinəsi prosesində iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.