CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları növbəti uğurlu nəticə əldə edib

Bakı, 2 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu məqsədlə aparılan müayinələrin müasir tələblərə uyğunlaşdırılması məqsədilə laboratoriyaların beynəlxalq səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Quba, Qax, Sabirabad və Bərdə regional bölmələri, eyni zamanda Tovuz, Göygöl və Lənkəran regional sınaq laboratoriyaları Vetqas APHA Scientific şirkətinin təşkil etdiyi brusellyoz xəstəliyi üzrə laboratoriyalararası beynəlxalq səriştəlilik testində uğurlu nəticə əldə edib.

Qeyd edək ki, beynəlxalq səriştəlilik testi - laboratoriyaların fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi zamanı milli və ya beynəlxalq qiymətləndirmə meyarı kimi böyük əhəmiyyət daşıyır, sınaq-analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının obyektiv qiymətləndirilməsini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.