CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri Dünya Halal Sammiti və VI İƏT Halal Expo sərgisində iştirak ediblər

Bakı, 7 dekabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının VI İƏT Halal Expo sərgisi və Dünya Halal Sammiti keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları həmin tədbirlərdə iştirak edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dünya Halal Sammitində maliyyə, turizm, qida, toxuculuq və mühafizəkar moda kimi bir sıra mövzular müzakirə olunub. Qeyd olunub ki, dünyada 1,8 milyard müsəlmanın halal məhsulla təminatı və maarifləndirilməsi, eyni zamanda, onların tələbatının öyrənilərək təkliflərin hazırlanması zəruridir. Tədbir iştirakçıları halal məhsulların sağlam, gigiyenik və keyfiyyətli olmasının əhəmiyyətini də müzakirə ediblər.

Sərgi çərçivəsində institutun nümayəndə heyəti ilə Türk Standartlar İnstitutu, SMİİC, Türkiyə Respublikası Halal Akkreditasiya Qurumu, Dünya Müsəlmanlar Liqası və İstanbul Böyükşəhər Bələdiyyəsinin nümayəndələri arasında görüşlər keçirilib. Görüşlər çərçivəsində islam ölkələri tərəfindən qəbul edilmiş halal standartları, halal akkreditasiya və sertifikasiya ilə bağlı tələblər müzakirə edilib. Eyni zamanda, ölkəmizdə halal akkreditasiya və sertifikasiya sisteminin qurulması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.