SİYASƏT


Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının rəhbəri Azərbaycanın İƏT-in layihələrinə töhfələrini yüksək qiymətləndirib

Bakı, 23 mart, AZƏRTAC

Martın 23-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş əsnasında Yerlan Baidaulet rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Bu xüsusda o, Azərbaycan Respublikasının İƏT çərçivəsində həyata keçirilən layihələrə verdiyi töhfələri yüksək qiymətləndirərək göstərilən xüsusi dəstəyə görə ölkəmizə təşəkkürünü çatdırıb.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daima xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını həmsöhbətinin diqqətinə çatdırıb. O, Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə təşəkkürünü bildirib. Qida təhlükəsizliyinin təmin olunmasının önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını xüsusi vurğulayıb. Nazir müavini qida təhlükəsizliyi ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.