İQTİSADİYYAT


Qida istehsalı sahəsində aktual məsələlərə dair müzakirələr aparılıb

Bakı, 5 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.

Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, növbəti belə bir görüş "Azərbaycan qida və içki sənayeçiləri assosiasiyası" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə qida istehsalı və idxalı, habelə ictimai iaşə sahəsi üzrə pandemiyanın təsiri, mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə edilib.

Görüş iştirakçılarına “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması çərçivəsində vergiödəyicilərinin gəlir və xərclərin düzgün rəsmiləşdirilməsi məqsədilə görülmüş və görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, bu sahədə vergi nəzarəti tədbirləri ilə yanaşı, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə assosiasiya üzvlərinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib və birgə əməkdaşlığın davam etdiriləcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.