CƏMİYYƏT


Qida sahəsində beynəlxalq nəzarət sisteminin Azərbaycanda tətbiqi müzakirə olunub

Bakı, 5 fevral, AZƏRTAC 

Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihəsi çərçivəsində “Agentlikdə institusional islahatlar və idarəetməyə dair texniki dəstək” və “Qida təhlükəsizliyi üzrə beynəlxalq nəzarət yoxlamaları” sahəsində işgüzar görüş keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə beynəlxalq nəzarət sisteminin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

İştirakçılar milli qida təhlükəsizliyi sisteminin qurulması və elementlərin təhlilinə müasir yanaşmalar, dövlət nəzarəti, özəl sektorun məsuliyyəti, istehlakçı maraqları ilə əlaqədar müzakirələr aparıblar. Həmçinin görüşdə risk əsaslı yanaşma və onun dövlət nəzarəti yoxlamalarında tətbiqi ilə bağlı beynəlxalq ekspertlərin fikirləri dinlənilib.

Agentlik sədrinin müşaviri Elxan Mikayılov layihə çərçivəsində qida təhlükəsizliyinə dair qanunvericiliyin ilkin variantı nəzərdən keçiriləndən sonra əsas qanunvericilik qaydalarının hazırlanacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.